...

Xocalı qurbanlarının ağrısı hələ də qəlbimizdədir - Türkiyə XİN

Siyasət Materials 26 Fevral 2025 12:52 (UTC +04:00)
Xocalı qurbanlarının ağrısı hələ də qəlbimizdədir - Türkiyə XİN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bundan tam 33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı qardaşlarımızın əziz xatirəsini rəhmət və ehtiramla anır, Can Azərbaycanın acısını qəlbimizdə daşıyırıq.

Trend xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı mətbuata açıqlamasında yer alıb.

“1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində günahsız mülki şəxslərə qarşı törədilmiş qətliamı lənətləyirik. Xocalıda qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlıların ağrısı hələ də qəlbimizdədir.

Xocalı qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha bildiririk”, - deyə Türkiyə XİN-in açıqlamasında qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti