...

İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb

Siyasət Materials 27 Fevral 2025 05:33 (UTC +04:00)
İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində baş vermiş soyqırımın 33-cü ildönümü münasibətilə İƏT-in Baş katibi Hissein Brahim Tahanın faciə qurbanlarının xatirəsini ehtiramla yad etdiyi bildirilir.

Baş katib Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının bir nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilən Qahirə Yekun Bəyannaməsinin 117-ci bəndinə və 2024-cü ildə Kamerunun Yaunde şəhərində baş tutan İƏT Xarici İşlər Nazirləri Şurasının 5-ci sessiyasında qəbul edilən “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” 47/50-POL saylı Qətnaməyə istinad edərək, işğal altındakı Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti