...

Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrdə əhəmiyyətli artım müşahidə olunur – Səfir

Siyasət Materials 13 Fevral 2026 20:13 (UTC +04:00)
Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrdə əhəmiyyətli artım müşahidə olunur – Səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Serbiya arasında ikitərəfli iqtisadi əlaqələrdə əhəmiyyətli artım müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç Serbiyanın Dövlət Müstəqilliyi və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, Serbiya müasir, yaxşı təşkil və təchiz olunmuş ordu qurmaq üçün böyük səylər və resurslar sərf edir.

"Bu gün, biz Milli Günümüzlə yanaşı, həmçinin Serbiya Silahlı Qüvvələri Gününü də qeyd edirik. İki əsrdir ki, azadlığımızı və tərəqqimizi qoruyan cəsur ordumuza hörmətimizi bildiririk: həm sülh dövründə, həm də müharibə dövründə. Güclü ordu və sabit iqtisadiyyatla yanaşı, suverenliyimizin və xarici siyasətimizin digər təməli çoxsaylı dostluq və əməkdaşlıq körpüləridir ki, biz onları inkişaf etdirməyə nail olmuşuq. Bu dostluq əlaqələri arasında xüsusilə qiymətli olanlar, vaxt və şərait sınağından keçənlərdir", – deyə o qeyd edib.

D. Vladisavljeviç vurğulayıb ki, bu əlaqələrdən biri də əsas çağırışlar və ümumi dəyərlər üzrə tam qarşılıqlı anlaşmaya əsaslanan Azərbaycanla olan əlaqələrdir.

"İkitərəfli əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb, xarici siyasət fəaliyyətinin və qarşılıqlı maraq doğuran məsələlərin tam koordinasiyası həyata keçirilir. Son illərdə biz siyasi fəaliyyətin, qarşılıqlı səfərlərin və rəsmi şəxslər arasında əlaqələrin əhəmiyyətli dərəcədə canlanmasını və ikitərəfli iqtisadi əlaqələrin və ticarət həcminin artdığını müşahidə edirik. Bunu nəzərə alaraq, əminəm ki, hər növbəti Serbiya Respublikasının Dövlət Müstəqilliyi Gününü biz Azərbaycan Respublikası ilə daha intensiv və mühüm əməkdaşlıq və dostluq şəraitində qeyd edəcəyik", – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti