...

BƏƏ ilə Azərbaycan arasında ətraf mühit sahəsində uzunmüddətli əməkdaşlıq üçün memorandumlar hazırlanır - Səfir (ÖZƏL)

Siyasət Materials 16 Fevral 2026 13:20 (UTC +04:00)
BƏƏ ilə Azərbaycan arasında ətraf mühit sahəsində uzunmüddətli əməkdaşlıq üçün memorandumlar hazırlanır - Səfir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

BƏƏ və Azərbaycan arasında iqlim və ətraf mühit sahəsində uzunmüddətli əməkdaşlığı təmin etmək üçün müəyyən mexanizmlər və memorandumlar hazırlanır.

Bunu Birləşmiş Ərəb Əmirliyinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi bu gün Bakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masası çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, bu gün BƏƏ və Azərbaycan nümayəndə heyətləri arasında keçirilən görüş müxtəlif sahələrdə, xüsusilə ərzaq sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından çox məhsuldar və faydalı oldu:

"BƏƏ və Azərbaycan şirkətləri arasında təşkil olunan belə görüş üçün minnətdarlığımızı bildiririk.
Ticarət və innovasiya sahəsində, elecə də ətraf mühit və iqlim sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur.

Komandalarımız bu istiqamətdə sıx əməkdaşlıq edir və qısa müddət ərzində yaxşı nəticələr əldə edəcəyik".

Səfir, eyni zamanda iki ölkə arasında uzunmüddətli strayeji əməkdaşlıq imkanlarından da bəhs edib:

"Uzunmüddətli strateji əməkdaşlıq barədə isə qeyd etmək istərdik ki, BƏƏ və Azərbaycan arasında iqlim və ətraf mühit sahəsində uzunmüddətli əməkdaşlığı təmin etmək üçün müəyyən mexanizmlər və memorandumlar hazırlanır. Qeyd edək ki, BƏƏ ilə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə artıq 2025-ci ildə imzalanıb. Bu müqavilə iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının açılmasına şərait yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti