...

AZƏRBAYCANDA "aqo "QRUPUNUN PRQRAMI ZƏNGİN OLARACAQ

Siyasət Materials 28 İyun 2005 14:36 (UTC +04:00)

Avropa Şurasının Nazirlər Komitəsinin Monitorinq Qrupunun Azərbaycana səfərinin proqramı dəqiqləşdirilib. AŞ-nın Baş Katibinin xüsusi nümayəndəsinin ofisindən Trend ə verilən məlumata görə, alman diplomatı Ronald Veqenerin başçılıq etdiyi qrup Yerevandan Bakıya iyunun 29-da gələcək.

Səfərdə məqsəd parlament seçkiləri ərəfəsində Azərbaycanda daxili siyasi vəziyyətlə, həmçinin ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə vəziyyətlə tanış olmaqdır.

Səfərin işgüzar hissəsi iyunun 30-da qeyri-hökumət təşkilatlarının liderləri ilə ikitərəfli görüşün keçirilməsi ilə başlayacaq. Günün birinci yarısında "Yeni siaysət" seçki blokunun liderləri: "Azərbaycan naminə" fondunun rəhbəri Eldar Namazov, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Liberal Partiyasının sədri Lalə-Şövkət Hacıyeva ilə görüşlər keçirmək nəzərdə tutulub.

Daha sonra diplomatların "Azadlıq" blokunun liderləri ilə görüşü planlaşdırılıb: AXCP-nın ("islahatçılar") sədr müavini Fuad Mustafayev, "Müsavat" partiyasının lideri İsa Qəmbər və Azərbaycan Demokratik Partiyasının sədrinin birinci müavini Sərdar Cəlaloğlu ilə görüşlər keçirəcəklər.

Görüş başa çatdıqdan dərhal sonra Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş olacaq.

Səfərin ikinci günü qaçqınların və məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkməklə və Azərbaycanın Dağlıq Qarabağ icmasının lideri Nizami Bəhmənovla görüşü ilə başlayacaq.

Günün ikinci yarısı "AQO" qrupunun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub. Elə həmin gün Prezident Aaparatının rəhbəri Ramiz Mehdiyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü keçiriləcək. Səfər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə qapalı görüşünün keçirilməsi ilə başa çatacaq.

Qeyd edək ki, "AQO" qrupunun Fransada, Almaniyada, Niderlandda, Rumıniyada, İsveç, İsveçrə və Türkiyədə daimi nümayəndəlikləri var. Onu da bildirək ki, AŞ nümayəndə heyətinə "AQO" qrupunun üzvləri ilə yanaşı Avropa Şurasının Katibliyinin üç əməkdaşı da daxildir.

Xəbər lenti

Xəbər lenti