...

AMERİKALI DİPLOMAT BAKININ MƏRKƏZİNDƏ ETİRAZ AKSİYASININ KEÇİRİLMƏSİ İLƏ BAĞLI MÜXAİLFƏT VƏ MERİYANIN RAZILIĞA GƏLƏCƏYİNƏ İNANIR

Siyasət Materials 24 Sentyabr 2005 11:50 (UTC +04:00)

"Həm Bakının icra hakimiyyəti, həm də onun mərkəzində yürüş-mitinqi keçirmək istəyən şəxslər məsləhətləşmələr apararaq razılığa gəlməlidirlər". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib.

"Mən inanıram ki, Azərbaycan hökuməti və xalq prezidentin seçki təcrübəsinin təkmilləşdirilməsinə dair 11 may tarixli sərəncamının bəndlərini yerinə yetirməyə çalışır. Bu sənəddə ölkə başçısı azad toplaşmaq hüququnun təmin olunması üçün icra orqanlarına xüsusi yerlər ayırmaq barədə göstəriş verib", - deyə səfir qeyd edib.

Bu yaxınlarda Bakının icra hakimiyyəti sentyabrın 25-də mitinq keçirmək üçün "Azadlıq" blokunun təklif etdiyi 6 marşrutun heç birini qəbul etməyib. Şəhər rəhbərliyi cavab məktubunda bildirib ki, bu marşurtların heç biri kütləvi aksiyalar keçirmək üçün məqsədəuyğun deyil.

Bunun əvəzində icra hakimiyyəti bloka aksiyanı "20 Yanvar" metro stansiyasının yaxınlığından "Qələbə" meydanına kimi, "Motodrom" stadionu və "Azərneft" neft emalı zavodunun stadionunda keçirməyi təklif edib. "Azadlıq" blokunun liderləri müşavirə keçirərək meriyanın cavabından asılı olmayaraq mitinqi saat 16:00-da "28 may" metro stansiyasının yaxınlığındakı C.Cabbarlı meydanında keçirmək qərarına gəliblər.

Onlar bu qərarı dəyişmək fikrində olmadığından Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət etməyə ehtiyac görmədiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti