"Milli Məclisin sentyabrın 30-da keçirilən iclasının ikinci hissəsində 16 məsələ müzakirə edələrək qəbul olunub". Trend xəbər verir ki, bu sıraya daxil edilən "Notariat" haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr və dyişikliklər edilməsi" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanun layihəsi geniş müzakirə obyektinə çevrilib.
Bu qanun layihələri də daxil olmaqla parlament Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında strateji tərəfdaşlıq və müttəfiqlik, teroorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, mütəşəkkil və digər növ cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında, habelə iki dövlət hökuməti arasında sərbəst ticarət haqqında 1997-ci il 10 iyun tarixli sazişə əlavə və düzəlişlərin edilməsi haqqında protokolu təsdiq edib.
Deputatların müzakirəsinə çıxarılan digər məsələlər arasında "kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavələrin edilməsi, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrin edilməsi haqqında qanun layihələri də qəbul edilib.