...

Azərbaycan prezidenti Avropa birliyi "Üçlüyü"nü qəbul edib

Siyasət Materials 28 Oktyabr 2005 18:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa Birliyi (AB) "Üçlüyü"nü qəbul edib. Trend bildirir ki, nümayəndə heyətinin tərkibinə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heykki Talvitie (Heikki Talvitie), Böyük Britaniya XİN-nin Şərq ölkələri idarəsinin rəhbəri Saymon Smit (Simon Smith), AB Komissiyasının xarici əlaqələr üzrə direktorluğunun Qafqaz və Mərkəzi Asiya şöbəsinin rəhbəri Kurt Yuul (Kurt Juul), Avstriya XİN nümayəndəsi Haydemaria Gürer (Heidemaria Guerer), Avropanın Ermənistan və Gürcüstandakı missiyasının rəhbəri, səfir Torben Holtz (Torben Holtze), Avropa cəmiyyəti Şurasının Cənubi Qafqaz məsələləri üzrə məsulu Paolo Barroso (Paolo Barroso) daxildir.

Görüşdə Azərbaycanın AB "Yeni qonşuluq siyasəti" proqramında iştirakı, qarşıdakı parlament seçkiləri, Ermənistan-Azərbaycan-Dağlıq-Qarabağ münaqişəsi, AB-Azərbaycan əməkdaşlığı və digər bu kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti