...

"Azadlıq" seçki bloku bölgələrdə görüşlərini yekunlaşdırır

Siyasət Materials 3 Noyabr 2005 15:15 (UTC +04:00)

"Azadlıq" seçki bloku bölgələrdə seçicilərlə görüşlərini noyabrın 3-də yekunlaşdırmaq istəyir". Bu barədə Trend agentliyinə adıçəkilən blokun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn bildirib.

P.Hüseyn qeyd edib ki, blokun 54 saylı Dəvəçi-Siyəzən dairəsindən olan namizədinin seçicilərlə görüşü artıq başlanıb: "Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli hazırda görüşdə iştirak edir".

Qeyd edək ki, görüş Dəvəçi rayon icra hakimiyyətinin razılığı ilə rayonun mərkəzi stadionunda keçirilir. "Azadlıq" blokunun mətbuat xidmətindən isə bildiriblər ki, hələlik onlarda görüşün necə keçirildiyi barədə məlumat yoxdur.

P.Hüseyn onu da bildirib ki, noyabrın 3-ə Xaçmaz seçiciləri ilə planlaşdırılan görüş təxirə salınıb: "Noyabrın 2-də Xudatda görüşümüz olduğundan belə qərara gəldik ki, Xaçmaz görüşünü keçirməyək".

Sumqayıtda isə blokun seçicilərlə görüşü saat 17.00-da başlanacaq. Blok görüşü "Kimyaçılar" sarayı qarşısında keçirmək istəyib. Lakin şəhər icra hakimiyyəti "Azadlıq"a "İnşaatçılar" stadionunu və "Nizami" adına mədəniyyət evinin qarşısını məsləhət bilib.

Bu məsələ ilə bağlı şəhər icra hakimiyyəti nümayəndələri ilə danışıqlar aparıldıbğını deyən P.Hüseyn görüşdə blokun hər üç liderinin iştirak edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti