...

NATO PA-nın müşahidəçiləri seçkilərin gedişində yerli müşahidəçilərə qeyri-qənaətbəxş münasibəti təsdiq edib

Siyasət Materials 7 Noyabr 2005 19:50 (UTC +04:00)

NATO PA-nın müşahidəçiləri noyabrın 6-da seçkilərin gedişində seçki komissiyası nümayəndələrinin yerli müşahidəçilərə qeyri-qənaətbəxş münasibətini təsdiq edib. Trend bildirir ki, noyabrın 7-də Bakıda beynəlxalq müşahidəçi missiya rəhbərlərinin keçirilmiş birgə mətbuat konfransında NATO PA monitorinq nümayəndə heyəti rəhbərinin müavini Loik Bouvard bu barədə bəyan edib.

"Bizim müşahidələrimizin nəticələri də ATƏT DİİHB-nin ilkin hesabatına daxil edilib"-deyə L. Bouvard qeyd edib və bildirib ki, beynəlxalq müşahidəçilər yerli müşahidəçilərin səslərin hesablanması prosesinə buraxılmamasıfaktını qeydə alıb.

Monitorinq nümayəndə heyəti rəhbərinin müavini xatırladıb ki, NATO ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf etdirilir.Əgər 1999-cu ildə Azərbaycan NATO PA-nın yalnız müşahidəçi statusunu almışdısa, 2002-ci ildən başlayaraq Bakıdan olan nümayəndələr PA iclaslarında tam hüquqlu üzv olaraq iştirak edir. "Biz Bakı ilə ümumi qəbul edilmiş demokratik dəyərlərə əsaslanan sıx əməkdaşlığın davam etdirilməsində maraqlıyıq"-deyə L. Bouvard fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti