Müxalifət tərəfindən etiraz aksiyasının keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin icazə verdiyi vaxt (17:00) başa çatdıqdan sonra Bakı şəhər Baş Polis İdarəsinin rəisi Yaşar Əliyev mitinq iştirakçılarını meydanı tərk etməyə çağırıb. Lakin müxalifət liderləri onları dağılışmamağa və oturaq etiraz aksiyasını davam etdirməyə səsləyib.
Nəticədə polislərlə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Hər iki tərəfdən xəsarət alanlar var.