...

Azərbaycanın Dövlət Sərhəd Xidməti sərhəddən narkotiklərin qanunsuz keçirilməsi ilə bağlı 38 cəhdin qarşısını alıb

Siyasət Materials 29 Noyabr 2005 20:06 (UTC +04:00)

Cari ilin əvvəlindən Dövlət Sərhəd Xidməti 13 kiloqrama qədər narkotik maddə aşkar edərək sərhəddən narkotiklərin qanunsuz keçirilməsi ilə bağlı 38 cəhdin qarşısını alıb. Trend in məlumatına görə, DSX-nin noyabrın 29-da yaydığı press-relizdə bildirilir ki, noyabrın 26-da sərhədçilər növbəti cəhdin qarşısını alıblar.

Nəticədə DSX-nin Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri ilə birgə keçirdikləri əməliyyat zamanı Lənkəran sərhəd dəstəsinin ərazisində sərhəddi 1 kq 650 qram narkotik maddə ilə keçməyə cəhd edən İran vətəndaşı 1975-ci il təvəllüdlü Tahiri Əlirza Əbğdüləli saxlanılıb. Faktla bağlı yoxlamalar aparılır.

Xəbər lenti

Xəbər lenti