...

Azərbaycan prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərinə hazırlıq gedir

Siyasət Materials 30 Noyabr 2005 12:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri ilə bağlı hazırlıq işləri görülür. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov bildirib.

Onun sözlərinə görə, hazırda səfərin tarixi dəqiqləşdirilir. Tərəflər, həmçinin, səfər proqramı üzərində də işləyir.

Səfər zamanı iqtisadi-ticarət və humanitar sahələrdə mövcud münasibətlərin inkişafına yönəlmiş ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır. Xüsusilə, iqtisadi-ticarət, investisiyaların təşviqi, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığa dair sazişlərin də daxil edildiyi paket hazırlnıb.

Xəbər lenti

Xəbər lenti