...

Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi I "Qızıl Kürə" Beynəlxalq Ödülünün təqdimetmə mərasimini keçirib

Siyasət Materials 28 Dekabr 2005 15:21 (UTC +04:00)

Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi (QASİM) dekabrın 28-də 10 sahə və 15 nominasiya üzrə I "Qızıl Kürə" Beynəlxalq Ödülünün təqdimetmə mərasimini keçirib. Trend xəbər verir ki, ilk ödül ədəbiyyat sahəsi üzrə "Sənət" qəzetinə təqdim edilib.

Ədəbiyyat sahəsi üzrə "Dünya ədəbiyyatı" dərgisi, kino sahəsi üzrə "Sinema" Araşdırmalar mərkəzi, musiqi sahəsi üzrə muğam ifaçısı Alim Qasımov, elm və təhsil sahəsi üzrə "Beşik dəftəri" kitabı, siyasət üzrə politoloq Hikmət Hacızadə, dövlət sektoru üzrə xarici işlər naziri Elmar Məmmədyarov, qanunverici bölmə üzrə millət vəkili Gültəkin Hacıyeva, özəl bölmə üzrə "Bakelektro" şirkətlər qrupu, qeyri-hökumət təşkilatları üzrə Heydər Əliyev fondu və Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, KİV və nəşr üzrə "Ayna-Zerkalo" qəzeti ilə CBS nəşriyyatı, informasiya və texnologiyalar üzrə AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev I "Qızıl Kürə" Beynəlxalq Ödülünə layiq görülüblər.

Mükafatları nominantlara QASİM-in icraçı direktoru Zahir Əzəmət təqdim edib.

Xəbər lenti

Xəbər lenti