...

Azərbaycan prezidentinin fərmanı ilə " Meliorasiya və su təsərrüfatı" SC yaradılıb

Siyasət Materials 23 Fevral 2006 20:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" fərman imzalayıb. Trend bildirir ki, sənədə əsasən bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, su ehtiyatlarından istifadənin səmərəsinin artırılması, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilinin yaxşılaşdırılması məqsədilə AR kənd təsərrüfatı Nazirliyi yanında Dövlət meliorasiya və su təsərrüfatı Agentliyinin əsasında "Meliorasiya və su təsərrüfatı" Səhmdar Cəmiyyəti yaradılır.

Nazirlər Kabinetinə 1 ay ərzində SC nizamnamə layihəsini, həmçinin qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməsi tapşırılıb.

Prezidentin 23 fevral tarixli digər sərəncamı ilə Əhməd Cuma oğlu Əhmədzadə "Meliorasiya və su təsərrüfatı" Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Xəbər lenti

Xəbər lenti