...

Axtarışda olan 42 nəfər Azərbaycanın Dövlət sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb

Siyasət Materials 3 Mart 2006 16:15 (UTC +04:00)

2005-ci ilin fevral ayı ərzində hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 42 nəfər Azərbaycanın Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Trend in xəbərinə görə, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Ay ərzində cinayətkarlıqla mübarizədə 42 ədəd "Mİ-654 K" markalı 4,5 çaplı pnevmatik tapança, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi istiqamətində isə 0,8 qram həşişə oxşar narkotik maddə müəyyənləşdirilərək götürülüb.

14 halda dövlət sərhədinin pozulmasının qarşısı sərhədçilərimiz tərəfindən alınıb. Nəticədə 8 Azərbaycan, 3 İran, 2 Pakistan, 1 Gürcüstan, 1 Əfqanıstan və 1 Qırğızıstan vətəndaşı sərhəd pozucusu qismində tutulub. Sərhəd rejimi qaydalarını pozduqlarına görə 19 Azərbaycan vətəndaşı saxlanılıb.

Sərhədçilərimizin qeyri-leqal miqrasiyaya qarşı apardığı mübarizə nəticəsində 2 Pakistan, 1 Qırğızıstan və 1 Türkiyə vətəndaşı saxta sənədlə, 2 Azərbaycan vətəndaşı başqasına məxsus sənədlə, 25 nəfər müxtəlif ölkə vətəndaşları müvafiq sənədləri olmadığına görə saxlanılıblar. O cümlədən, 3 Kamerun, 2 Çin, 1 İran və 1 Şirlanka vətəndaşı vizalarının olmamasına görə, ümumilikdə 5 nəfərsə şüubhəli şəxs qismində saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti