...

AİP-in Baş Məclisi martın 15-də toplanacaq

Siyasət Materials 7 Mart 2006 15:22 (UTC +04:00)

Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin növbəti iclası martın 15-də keçiriləcək. Bu barədə Trend ə AİP sədri Hacı Hacıağa Nuri bildirib.

Qeyd edək ki, AİP-in şimal bölgəsi təşkilatları Baş Məclisinin çağırılması tələbi ilə partiya rəhbərliyi qarşısında məsələ qaldırıblar. Partiyanın Xaçmaz, Dəvəçi və Siyəzən rayon təşkilatlarının rəhbərləri AİP sədri H.Nurinin fəaliyyətindən narazı qaldıqlarını və onları düşündürən məsələlərin Baş Məclisin iclasında müzakirə edilməsi tələbi ilə çıxış ediblər.

H.Nuri isə bildirib ki, narahatçılığa heç bir əsas yoxdur: "Baş Məclisin iclasında istlənilən rayon təşkilatının sədri onu narahat edən problem barədə danışa bilər". Partiya sədri onu da qeyd edib ki, həqiqətən də Baş Məclis neçə aydır ki, çağırılmır. Bunun da bir sıra səbəblərini önə çəkən partiya sədri yaxın günlərdə bütün problemlərin həll olunacağını deyib.

Xəbər lenti

Xəbər lenti