...

Səbuhi Temirov: Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclasının keçirilməsi barədə razılığa gəlinib

Siyasət Materials 10 Mart 2006 15:17 (UTC +04:00)
Səbuhi Temirov: Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclasının keçirilməsi barədə razılığa gəlinib

Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov Kiyevdə Ukrayna hökumətinin rəsmi şəxsləri ilə görüşləri davam etdirir. Bu barədə Trend ə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov məlumat verib.

Baş nazirin müavini Kiyevə səfəri çərçivəsində Ukraynanın baş naziri Yuri Yexanurovla, baş nazirin birinci müavini, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Stanislav Staşevski və Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Anatoli Kinaxla bir sıra ikitərəfli görüşlər keçirib.

Bu görüşlər nəticəsində, Temirovun sözlərinə görə, tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edib və iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komisiyanın növbəti iclasının keçirilməsi məsələsinə baxıblar.

S.Temirovun qeyd etdiyinə görə, tərəflər komissiyanın iclasının Ukrayna prezidenti Viktor Yuşenkonun Bakıya qarşıdakı rəsmi səfəri ərəfəsində keçirilməsi barədə niyyətlərini bir daha təsdiq ediblər. İclasa hazırlıq üzrə işlərin davam etdirilməsinin zəruriliyi və Ukrayna prezidentinin Bakıya səfəri gedişində imzalanacaq ikitərəfli sənədlərin işlənib hazırlanmasının vacibliyi qeyd olunub.

Diplomatın sözlərinə görə, A.Abbasovun Ukrayna prezidenti V.Yuşenko tərəfindən qəbul ediləcəyi də istisna edilmir.

Baş nazirin birinci müavininin səfər proqramına Kiyevdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüş də daxildir.

Xəbər lenti

Xəbər lenti