...

Azərbaycanla Rumıniya arasında hüquq-müqavilə bazası möhkəmləndirilir

Siyasət Materials 13 Mart 2006 18:02 (UTC +04:00)

Azərbaycan ilə Rumıniya arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə dair yeni sənədlər hazırlanır. Trend bildirir ki, bir sıra ikitərəfli sənədlər, xüsusilə bank fəaliyyətində, hərbi-texniki sahədə əməkdaşlığa dair saziş, eləcə də terrorizm və transmilli cinayətkarlıqla mübarizədə əməkdaşığa dair saziş layihələri üzərində iş davam etdirilir.

Həmçinin hər iki ölkə ekspertləri ticarət sahəsində, eləcə də investisiyaların müdafiəsi və təşviqi ilə bağlı əməkdaşlığa dair sazişləri yenidən nəzərdən keçirəcək.

Sənədlərin hər iki ölkənin hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfəri zamanı imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti