...

Müsavat Partiyasının qurultayı mayın 28-də keçirilə bilər

Siyasət Materials 28 Mart 2006 18:15 (UTC +04:00)

Müsavat Partiyasının rayon təşkilatlarının fəaliyyətinin iki ili tamam olmuş sədrləri vəzifələrindən azad ediləcəklər. Trend in məlumatına görə, bu barədə martın 28-də Müsavat başqanı İsa Qəmbərin rayon təşkilatlarının rəhbərləri ilə görüşündə açıqlama verilib.

Görüş zamanı məlum olub ki, rayon təşkilatlarında fəaliyyətinin iki ili tamam olmuş sədrlər dəyişdiriləcək və artıq partiyanın yeni sədrlərdən ibarət siyahısı da hazırlanıb.

Həmçinin Müsavat Partiyasının qurultayı ilə bağlı müzakirələr aparılıb. Başqanın müavini Arif Hacılı bildirib ki, iyun ayının 15-dək qurultay keçirilməlidir. Onun sözlərinə görə, hətta qurultayın mayın 28-də də keçirilməsi mümkündür. Görüş zamanda o da bildirilib ki, partiyanın rayon təşkilatlarında konfranslar qurultaydan sonra keçiriləcək. Qurultayda Müsavat Partiyasının nizamnaməsi təkmilləşdiriləcək, partiyanın daha yüksək səviyyədə idarə olunması üçün bir sıra yeniliklər ediləcək.

Xəbər lenti

Xəbər lenti