Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Azay Quliyev "ATƏT: Avropada təhlükəsizlik və riskin idarə olunması" mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün aprelin 17-də Brüsselə yola düşəcəklər. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Belçika Senatının təşkil etdiyi bu tədbirdə Rusiya Federasiyasında riskin idarə olunması, Baltik regionunda enerji təhlükəsizliyi, Şərqi Avropada vəziyyət, böhranın idarə edilməsinə yanaşma, mülki məsələlər üzrə fövqəladə hallar və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, münasibətlərini bildirəcəklər.
Səfər aprelin 22-də başa çatacaq.