...

Spikerin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-da Sankt-Peterburqa yola düşüb

Siyasət Materials 26 Aprel 2006 12:33 (UTC +04:00)

Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-da MDB Parlamentlərarası Assambleyası Şurasının növbəti toplantısında iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, toplantı Rusiya Dövlət Dumasının 100 illiyinə həsr edilib. Nümayəndə heyətinə Milli Məclisin üzvləri və məsul şəxsləri daxildir.

Aprelin 27-də Dövlət Dumasının 100 illiyi münasibətilə sərgi və memorial lövhənin açılışından sonra Dumanın təntənəli iclası keçiriləcək. Spiker O.Əsədov iclasda çıxış edəcək.

Spiker həmçinin MDB PA Şurasının iclasında da iştirak edəcək.

Azərbaycan nümayəndə heyəti aprelin 28-də "Döılət Dumasının 100 illiyi və Avropada parlament anlayışı: tarix və müasirlik" mövzusunda konfransda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti