...

Spiker Ukrayna Hesablama Palatasının sədrini qəbul edib

Siyasət Materials 4 May 2006 18:52 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov mayın 4-də Ukrayna Hesablama Palatasının sədri Ialentin Simonenkonu qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Parlamentin rəhbəri ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən danışıb, müstəqillik qazandıqdan sonra əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edib. Oqtay Əsədov hesablama palataları arasında əməkdaşlığın vacibliyini vurğulayıb və bu məqsədlə imzalanan sazişi yüksək qiymətləndirib. Milli Məclisin sədri parlamentlərarası əlaqələrin səviyyəsinin də yüksək olduğunu xatırladıb, qarşılıqlı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyib.

Ialentin Simonenko deyib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafı olduqca vacibdir və hesablama palataları sədrlərinin imzaladıqları saziş günün tələbindən irəli gəlir.

Xəbər lenti

Xəbər lenti