...

Nəqliyyat Nazirliyi yeni körpülərin tikintisinə başlayıb

Siyasət Materials 12 May 2006 18:37 (UTC +04:00)
Nəqliyyat Nazirliyi yeni körpülərin tikintisinə başlayıb

Nəqliyyat Nazirliyi Bakıda nəqliyyat infrastrukturu işinin yüngülləşdirilməsi məqsədilə daha bir körpünün təməlini qoyub. Trend in xəbər verdiyi kimi, körpü Türkiyənin KOLİN İnşaat şirkəti tərəfindən tikiləcək.

Tikiləcək tunelin uzunluğu 400 metr təşkil edəcək. Onun əsası Tbilisi prospektində qoyulacaq. Dəyəri türk şirkəti tərəfindən smetanın hazırlanmasından sonra müəyyənləşəcək. Tikintinin müddəti 6 aydır.

Yaxın vaxtlarda Nəqliyyat Nazirliyi daha 3 körpü tikdirəcək.

Prezidentin fərmanına əsasən, iki ilə ərzində Bakıda kəsişən yolların üzərindən 9 körpü salınacaq. Bundan əlavə, çoxlu sayda yeraltı və yerüstu keçidlərin tikintisi planlaşdırılır.

Bütün bu işlər prezidentin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" fərmanına müvafiq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti