...

GUAM-ın xarici işlər nazirləri prezidentlərə təşkilatın adının dəyişdirilməsi ilə bağlı tövsiyə qəbul ediblər

Siyasət Materials 23 May 2006 12:55 (UTC +04:00)

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) regional birliyinin xarici işlər nazirləri mayın 22-də sammitdə tövsiyə qəbul ediblər. Həmin tövsiyəyə görə, birlikyin üzvü olan dövlətlərin başçılarına yeni beynəlxalq təşkilatın adı "GUAM - Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat" təqdim olunacaq. Bu barədə Gürcüstanda Trend in xüsusi müxbirinə bu ölkə XİN-dən məlumat verilib.

Gürcüstanın xarici siyasət idarəsindən bildirilib ki, nazirlər həmçinin, iclasda "GUAM - Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"ın yaradalması barədə Kiyev bəyannaməsini; təşkilatın üzvü olan dövlətlərin rəhbərlərinin münaqişələrin həlli ilə bağlı məsələlər barədə birgə bəyannaməsini, kommyunike; GUAM-ABŞ birgə bəyanatını; təşkilatın prosedur qaydalarını; təşkilatın maliyyə vəziyyətini; katibliyin Nizamnaməsini də hazırlayıblar.

Nazirlər bildiriblər ki, təşkilatın fəaliyyəti demokratiyanın güclənməsinə, qanunun aliliyinin müdafiəsinə, insan haqlarına və əsas azadlıqlarına hörmət, dövlətlərin iqtisadi inkişafı və regionda təhlükəsizliyin və sabitliyin təminatına yönəlib. Onlar GUAM dövlətlərinin ABŞ-la, eləcə də digər dövlət və təşkilatlarla birgə layihələrin həyata keçirilməsi sahəsində tərəfdaşlıq münasibətlərini dərinləşdirmək barədə arzularını təsdiqləyiblər.

Nazirlər eləcə də diplomatik heyətin hazırlanması sahəsində yardım barədə razılaşma, eləcə də, "GUAM - Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat" çərçivəsində əməkdaşlığın perspektivlərini müəyyən edən bir sıra sənədləri imzalayıblar.

Nazirlər "GUAM - Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"ına onun məqsədlərini və prinsiplərini bölüşən digər dövlətlərin də daxil ola biləcəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti