...

2006-ci il dövlət büdcəsinin icrası Milli Məclisdə müzakirə olunur

Siyasət Materials 23 May 2006 13:32 (UTC +04:00)

Milli Məclisin mayın 23-də növbəti iclası keçirilib. Trend xəbər verir ki ilkin olaraq "Azərbaycan Respublikasının 2006-ci il dövlət büdcəsinin icrası haqqında" MM-in iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib. Komissiya sədri bildirib ki, 2006-ci ildə iqtisadi inkişafla dövlət büdcəsi arasında qarşılıqlı əlaqə daha da möhkəmlənib. Demokratik dəyişikliklərin iqtisadi əsaslarının yeni səviyyəyə çıxması üçün əlverişli şərait yaradılıb.

"2004-cü ildə büdcə gəlirləri 715 milyon manat olduğu halda, 2005-ci ildə bu rəqəm 2,1 milyard manat olub. Son 5 il ərzində dövlət büdcəsinin gəlirləri 2,7 dəfə, budcə xərcləri 2, 8 dəfə artıb". Z.Səmədzadə onu da qeyd edib ki, büdcənin artma surəti ümumdaxili məhsulun artma surətini az da olsa üstələyib. 2005-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 100,5% icra olunub, bu da 2004-cü illə müqayisçədə 36,2% çoxdur. Z.Səmədzadə onu da vurğulayıb ki, büdcəyə daxilolmaların 69,6%-ni Iergilər Nazirliyi, 18,3% Dövlət gömrük komitəsi, qalan vəsaiti digər mənbələr təşkil edib.

Daha sonra məsələ ilə bağlı maliyyə naziri Samir Şərifov məlumat verib. O, 2005-ci il dövlət büdcəsində nəzərdə tutulan icra faizlərinin 2004-cü ilin dövlət büüdcəsinə nisbətən artdığını qeyld edib. Bildirib ki, 2005-ci ildə sənaye və tikinti xərclərinin tərkib hissəsi olan investisiya xərcləri 800 milyard manat təşkil edib. Bu vəsaitdən də mühüm obyektlərin tikintisində istifadə olunub. Maliyyə naziri onu da qeyd edib ki, 2005-ci ilin dövlət büdcəsi 2004-cü ilin dövlət büdcəsilə müqayisədə maliyyə bazarının möhkəmlənməsində mühüm rol oynayıb.

Xəbər lenti

Xəbər lenti