...

Milli Məclisin sədri Estoniya Respublikası Riigikoqunun sədri ilə görüşüb

Siyasət Materials 31 May 2006 10:46 (UTC +04:00)

Avropa Şurası ölkələrinin parlament sədrlərinin Tallin sammitində və Finlandiya parlamentinin Helsinkidə keçiriləcək 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edən Milli Məclisin sədri Oqtay Əsədovun Estoniya Respublikası Riigikoqunun sədri Tumas Iareklə görüşü keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Azərbaycan-Estoniya ikitərəfli münasibətlərinin bütün istiqamətlərdə daha da inkişaf etdirilməsi xüsusilə diqqət mərkəzində olub. Qeyd edilib ki, iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsi və dərinləşməsi üçün hər cür potensial imkan var. Bu imkanlardan səmərəli istifadə olunması Azərbaycan-Estoniya münasibətlərinə böyük töhfə verə bilər. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafından, bu işdə hər iki ölkənin parlamentində yaradılan dostluq qruplarının rolundan və fəaliyyətindən də bəhs olunub.

Görüş başa çatdıqdan sonra Milli Məclisin sədri Oqtay Əsədov Estoniya milli televiziyasına müsahibə verib.

Xəbər lenti

Xəbər lenti