...

Gəncə Regional Aqrar Elm Mərkəzinə yeni aqrokimyəvi labaratoriya gətirilib

Siyasət Materials 12 İyun 2006 19:28 (UTC +04:00)

Gəncə Regional Aqrar Elm Mərkəzindən verilən məlumata görə, mərkəzin nəzdində fəaliyyət göstərən Aqrokimya labaratoriyası yeni avadanlıqlarla təchiz edilib. Türkiyənin TİKA texniki yardım təşkilatı tərəfindən verilən bu labaratoriya 12-14 adda cihazdan ibarətdir. Mərkəzin direktoru Ziyad Abbasovun sözlərinə görə, yeni labaratoriyada torpağın müxtəlif formalarda analizlərini aparmaq mümkün olacaq. Abbasov əlavə edib ki, belə laboratoriya Gəncə ilə yanaşı Quba rejional Aqrar elm mərkəzinə və Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnistutuna verilib. Mərkəzdən onu da bildirdilər ki, bu yaxınlarda Türkiyədən mütəxəssislər gələjək və laboratoriyada işləmək qaydasını yerli mütəxəssislərə öyrədəcəklər.

Xəbər lenti

Xəbər lenti