...

Parisdə həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında məsləhətləşmələrin növbəti raundu keçirilir

Siyasət Materials 13 İyun 2006 17:14 (UTC +04:00)
Parisdə həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında məsləhətləşmələrin növbəti raundu keçirilir

İyunun 13-də günorta saatlarında Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan arasında məsləhətləşmələrin növbəti raundu başlayıb. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Araz Əzimov Parisdən məlumat verib.

Hər iki nazirin Fransanın Xarici İşlər Nazirliyində keçirilən görüşü biznes-lançdan başlayıb. Məsləhətləşmələrdə ATƏT-in Minsk Qrupu həmsədrləri də iştirak edir. Lançdan sonra nazirlər həm vasitəçilərin iştirakı ilə, həm də təkbətək məsləhətləşmələr aparacaq.

A.Əzimov qeyd edib ki, danışıqların indiki raundu ilə bağlı hər hansı şərh vermək hələ tezdir.

Xəbər lenti

Xəbər lenti