...

İlham Əliyev və Vladimir Putin Qazaxıstanda ikitərəfli danışıqlar aparacaqlar

Siyasət Materials 16 İyun 2006 18:00 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər edib. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak edəcək.

Prezident köməkçisi Sergey Prixodkonun bildirdiyinə görə, səfər proqramına bir sıra ikitərəfli görüşlər daxildir. "V.Putin aktual ikitərəfli və beynəlxalq məsələləri müzakirə etmək üçün Qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşəcək" - deyə o qeyd edib.

Bundan əlavə, S.Prixodkonun dediklərinə görə, "zirvə görüşü çərçivəsində Rusiyanın dövlət başçısı Azərbaycan və Əfqanıstan prezidentləri İlham Əliyev və Həmid Kərzai, eləcə də Tailand baş nazirinin vəzifəsini icra edən Taksin Çinavat ilə ikitərəfli görüşlər keçirəcək". V.Putinin forumun digər iştirakçıları ilə də söhbət edəcəyi istisna deyil.

Bazar günü, iyunun 18-də, V. Putin və N.Nazarbayev Baykonur kosmodromundan "KazSat" Qazaxıstanın ilk rabitə və yayım peykinin buraxılmasında da iştirak edəcəklər ki, bu tədbir də saat 04:44 /02:44-ə (msk) planlaşdırılıb. "Peykin bazasında Qaxaçıstanın kosmik rabitə və yayım sistemi yaradılacaq" - deyə S.Prixodko izah edib. "Rusiya Qazaxıstanla kosmik sahədə əməkdaşlıq və qarşılışlı fəaliyyətin inkiaşfına böyük əhəmiyyət verir" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti