...

Ziyafət Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Siyasət Materials 20 İyun 2006 16:29 (UTC +04:00)

İyunun 20-də Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bakı nümayəndəliyinin rəhbəri xanım Meri Iernts, qurumun silahlı və təhlükəsizlik qüvvələri üzrə Moskvadakı regional nümayəndəsi Iilyam Bau ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Ziyafət Əsgərov BQXK-nın Azərbaycanda xeyirxah işlər gördüyünü, beynəlxalq humanitar hüququn Azərbaycan Silahlı Qüvvələrində tətbiqi, qaçqınlar və məcburi köçkünlər ilə əlaqədar tədbirlər həyata keçirdiyini minnətdarlıqla xatırlayıb və əmin olduğunu bildirib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Meri Iernts BQXK-nin 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərdiyini xatırlayıb və qurumun təkcə Azərbaycanda deyil, həm də bütövlükdə Cənubi Qafqazda gördüyü işlər barədə qısa məlumat verib. O, həyata keçiriləcək proqramlardan, o cümlədən vərəmə qarşı aparılacaq mübarizə tədbirlərindən danışıb, itkin düşmüş şəxslər probleminə toxunub. Bildirib ki, münaqişə ilə bağlı itkin düşənlərin 80 faizi hərbçilərdir.

Xəbər lenti

Xəbər lenti