Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də görkəmli qazax şairi, alim və ictimai-siyasi xadim Oljas Süleymenovu qəbul edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Oljas Süleymenovu "Şöhrət" ordeni ilə təltif edib. İlham Əliyev ordeni şairə təqdim edərək Azərbaycanın ərazi bütövlüyü məsələsində daimi dəstəyinə görə minnətdarlığını bildirib. "Azərbaycan xalqı sizi sevir və sizin yaradıcılığınıza böyük hörmətlə yanaşır", - deyə dövlət başçısı qeyd edib.
Yüksək mükafata görə təşəkkürünü bildirən Oljas Süleymenov yenicə çapdan çıxmış kitabının bir nüsxəsini İlham Əliyevə təqdim edib.