...

Azərbaycan İraqı iki və çoxtərəfli səviyyədə dəstəkləməyə hazırdır

Siyasət Materials 23 İyun 2006 11:53 (UTC +04:00)

Azərbaycan İraqı iki və çoxtərəfli səviyyədə dəstəkləməyə hazırdır. Azərbaycan XİN mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov İraqın xarici siyasət idarəsi başçısının müavini Rəfi Əl- Eyssavi ilə görüşündə bəyan edib.

İraq XİN başçısının müavini Azərbaycan sülhməramlı qüvvələrinin ölkədə sülh və təhlükəsizliyin bərpasında iştirakına görə respublika rəhbərliyinə təşəkkürünü bildirib. Ölkədə təhlükəsizliyin təmin olunması ilə bağlı hələ də problemlərin olduğunu deyən diplomat İraq rəhbərliyinin Ərəb Dövlətləri Liqası ilə yanaşı İslam Konfransı Təşkilatının da dəstəyinə arxalandığını qeyd edib.

Görüşdə regional və maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

Xəbər lenti

Xəbər lenti