...

ATƏT PA-nın yay sessiyasında erməni deputatlar çaşqın vəziyyətində qalıblar

Siyasət Materials 5 İyul 2006 20:52 (UTC +04:00)

ATƏT PA-nın Brüsseldə keçirilən yay sessiyasında iyulun 5-də iqtisadiyyat, elm, texnologiya və ətraf mühitin qorunmasına dair komitələrin iclası keçirilib. Trend xəbər verir ki, iclaslarda Azərbaycanla bağlı Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələləri ilə yanaşı, Ermənistanın işğal etdiyi ərazilərimizdə törətdiyi yanğınlar da müzakirə olunub.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyəin üzvü Eldar İbrahimovun bğildirdiyinə görə, erməni deputatların etirazlarına baxmayaraq Azərbaycan tərəfinin bəyannaməyə təklif etdiyi 11 düzəlişin 4-ü qəbul edilib. Nümayəndə heyətimizin çıxışlarından sonra çıxış edən erməni deputatları çaşqın vəziyyətə düşüblər. Onlar guya Ermənistanın blokadada saxlanıldığını və ermənilərə məxsus tarixi abidələrin dağıdıldığını iddia ediblər.

Ermənistan nümayəndə heyətinin üzvü Artaşet Giqamyan "ABŞ" ifadəsi əvəzinə "Ermənistan Birləşmiş Ştatları" deyib. Bu da tədbir iştirakçıları tərəfindən gülüşlə qarşılanıb.

Günün ikinci yarısında siyasət, təhlükəsizlik və demokratiya komitələrinin iclası keçirilib.

Xəbər lenti

Xəbər lenti