Ölkədə kənd təsərrüfatı məhsulları qiymətlərinin artmasının əsas səbəbi təkcə süni maneələr deyil, həm də onların çatdırılmasındakı problemlərdir. Trend agentliyinin məlumatına əsasən, bunu iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə deyib.
Onun sözlərinə görə, dövlət bu problemin həlli üçün işə qarışmalıdır. İyulun 17-də Nazirlər Kabinetində Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin sədrliyilə kənd təsərrüfatı məhsullarının qiymət artımı ilə əlaqədar müşavirə keçirilib.
Qiymətlərin aşağı salınması üçün kənd təsərrüfatı yarmarkalarının keçirilməsi təklif olunur. Dövlət Statistika Komitəsinin rəhbri Arif Vəliyevin dünən bildirdiyi kimi, hökumətin qərarı ilə daimi yarmarkaların keçirilməsi üçün xüsusi yerlər ayrılacaq.
Bündan əlavə, hökumət həmin yarmarkalarda qiymətlərin bazar qiymətlərindən iki dəfə aşağı olmasını təmin etmək niyyətindədir.