...

Moskvada azərbaycanlı neftçi Fərman Salmanovun yubileyi qeyd olunub

Siyasət Materials 29 İyul 2006 13:21 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Moskvada azərbaycanlı neftçi-geoloq, REA-nın müxbir üzvü, geologiya və mineralogiya elmləri doktoru Fərman Salmanovun 75 illiyi qeyd olunub. F.Salmanov ilk dəfə olaraq Sibirdə neft və qazı kəşf edib.

O, Rusiyanın neft-qaz ehtiyatlarının strateji mənbəyi olan Qərbi Sibirdə 130-dan çox quyu kəşf edib. Onlar arasında Surqut, Ust-Balıksk, Meqionsk, Pravdinsk və digər iri yataqlar var.

Yubiley "Prezident-otel"də keçirilib. Mərasim Rusiyanın yanacaq-energetika kompleksinə həsr olunmuş elmi-təcrübi konfransla başlayıb.

Azərbacan prezidenti İlham Əliyev yubilyara təbrik məktubu göndərib. Rusiya prezidenti Vladimir Putin də F.Salmanova öz təbriklərini çatdırıb.

Xəbər lenti

Xəbər lenti