...

Salyanda quş qripi ilə əlaqədar 3 montitorinq keçirilib

Siyasət Materials 22 Avqust 2006 11:52 (UTC +04:00)

Köçəri çöl quşlarının miqrasiyası başlandığı üçün ölkə ərazisində monitorinqlərə start verilib. Kənd Təssərüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Salyan İdarəsinin baş həkimi Məhəmməd Həsənovun "Trendə" bildirdiyinə görə, bununla əlaqədar olaraq Respublikanın müvafiq qurumları Salyandakı vəziyyəti daha ciddi nəzarətdə saxlamağı və profilaktik tədbirlər görməyi qərarlaşdırıb.

"Köçəri quşların yaşadığı və miqrasiya yolunda yerləşən Şirvan Milli parkı bu səbəbdən ciddi nəzarətə götürülüb. Qoruqda iyun ayından bəri Respublika Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Respublika Səhiyyə Nazirliyinin və Azərbaycan Milli Akademiyasının birgə iştirakı ilə 3 monitorinq keçirilib. Müayinə üçün götürülmüş nümunələr Respublika Baytarlıq laboratoriyasına təqdim edilib. Bundan başqa, əhalinin fərdi təsərrüfatlarında da müntəzəm müşahidələr aparılır. Lakin indiyədək xəstəlik təhlükəsi aşkarlanmayıb",- deyə o bildirib.

Xatırladaq ki, ötən mövsüm təhlükəli H5N1 virusuna yoluxma nəticəsində Salyan rayonunun Dayıkənd kəndinin 3 sakini dünyasını dəyişmişdir.

Xəbər lenti

Xəbər lenti