...

Gəncədə Kitab Klubunun yaradılması planlaşdırılır

Siyasət Materials 7 Sentyabr 2006 12:51 (UTC +04:00)

"Bu gün respublikamızda kitab satışı tənəzzül dövrü keçirir. Oxuculara kitabları seçməkdə kömək etmək lazımdır". Bu fikri Kitab Klubu Cəmiyyətinin sədri Elxan Rzayev Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Gəncə Təhsil Məlumat Mərkəzində "Kitabın təbliği və satışı" mövzusunda keçirilən seminarda səsləndirib. Onun sözlərinə görə, klub 3 il bundan əvvəl yaradılan özəl bir təşkilatdır. Məqsəd respublikamızda, eləcə də xaricdə nəşr olunmuş ölkəmizlə bu və ya digər dərəcədə bağlı olan kitabları Azərbaycan və xarici ölkə oxucusuna təqdim etməkdir.

E. Rzayev bu məqsədlə cəmiyyətin daimi sərgi-satış salonunun fəaliyyət göstərdiyini, hər sayında təxminən 400 yeni kitab haqda məlumat verən "Azərbaycan nəşrləri" adlı rublik kataloq buraxdığını, həmçinin yeni çap məhsulları haqda əhatəli məlumatların yerləşdirildiyi internet saytına malik olduğunu qeyd etdi.

Müsahib bu yöndə Azərbaycanın 5 regionunda sözügedən sahədəki vəziyyətin araşdırıldığını və Gəncədəki seminarın da bu məqsədlərə xidmət etdiyini dedi. O, qeyd etdi ki, regionlarda kitab klubu şəbəkəsinin genişləndirilməsi haqda layihə ACİ- YF-ə təqdim olunub; bu baxımdan respublikanın ikinci böyük şəhərində oxucu potensialının və satış bazarının qiymətləndirilməsi Gəncə Kitab Klubunun yaradılmasına təkan ola bilər.

Xəbər lenti

Xəbər lenti