...

"Qanuni oğrular" həbs edilib

Siyasət Materials 25 Sentyabr 2006 14:50 (UTC +04:00)

Azərbaycan Respublikası DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar aləmdə "qanuni oğru" kimi tanınan Yunus Nəzərovu və Mübariz Hacızadəni həbs ediblər. Bu barədə Trend ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, əməliyyatçılar əvvəllər dəfələrlə məhkum edilmiş bu şəxslərdən narkotik vasitələr götürüblər. Y.Nəzərovdan 10,124 qram, M.Hacızadədən isə 5 qram heroin götürülüb. Həmin şəxslərlə yanaşı Gəncə şəhər sakini Şamil Mehdiyev də saxlanılıb. Sonuncu şəxsdən 10,045 qram tiryək aşkar edilib.

Faktlarla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti