...

Cavad Derəxti: "Oktyabr ayında Azərbaycana səfər edəcəm"

Siyasət Materials 3 Oktyabr 2006 13:50 (UTC +04:00)

Oktyabr ayında Azərbaycana səfər edəcəm. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti bildirib.

C.Derəxti onu da qeyd edib ki, səfər çərçivəsində bir sıra rəsmi və qeyri-rəsmi görüşləri planlaşdırılıb.

DAK sədri son dövrlər Azərbaycan diasporunun ermənilərə nisbətən gücləndiyini də qeyd edib. Bildirib ki, Azərbaycan diasporu birləşir və güclənir: "Bu gün biz ermənilərə qarşı türklərlə də işbirliyi qurmuşuq". "Bu məsələdə Azərbaycan diasporuna digər xalqlardan dəstək varmı" sualımızı C.Derəxti belə cavablandırıb: "Yəhudiləri nəzərdə tutursunuzsa, onlar bizə yaxındırlar. Ancaq hər zaman ermənilərin yanındadırlar. İran adlanan ölkənin özü də ermənilərlə davamlı işbirliyindədir".

C.Derəxti onu da qeyd edib ki, sentyabrın 18-20-də Türk Dövlət və Toplularının 10-cu Dostluq və Qardaşlıq qurultayında prezident İlham Əliyevin türk dünyası diasporunun bir araya gəlməsi ilə bağlı söylədiyi fikirlər və iyunda Antalyada keçirilən Dünya Azərbaycanlıları Ziyalılarının forumunda türk diasporu ilə Azərbaycan diasporunun bir araya gəlməsi barədə imzalanan saziş həyata keçirilir: "Şəxsən bunu İsveçdən başlayıb bütün dünyaya yaymaq istiqamətində fəaliyyət göstəririk".

DAK 1997-ci ildə Güney Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən ABŞ-ın Los-Anceles şəhərində yaradılıb. Konqresin ilk sədri doktor Nəzmi olub. DAK-ın II qurultayı Azərbaycan bayrağı altında Vaşinqtonda keçirilib. 2001-ci ildə keçirilən növbəti qurultayda Cavad Derəxti DAK sədri seçilib. 2005-ci ildə keçirilən qurultayda isə DAK-ın əsasnaməsi və nizamnaməsinə edilən dəyişikliklərə əsasən Məclis formalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti