...

Aqşin Mehdiyev: Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında qarşıya qoyulan məqsədləri yerinə yetirib

Siyasət Materials 6 Oktyabr 2006 18:13 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında qarşıya qoyulan məqsədləri yerinə yetirib. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurasındakı səfiri Aqşin Mehdiyev AŞPA-nın bu gün başa çatmış payız sessiyasını şərh edərkən bildirib.

A. Mehdiyev hesab edir ki, bütövlükdə sessiyanın yekunlarını müsbət adlandırmaq olar. Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə dair bir sıra məsələlər, eləcə də Azərbaycan üçün maraq doğuran digər məsələlər üzrə sənədlər hazırlayaraq AŞPA-da yayıb. Bu məsələlər arasında Ermənistandakı Metsamor AES-in davam edən istismarının bölgəmizdə yaşayan bütün insanlar üçün mümkün təhlükəsi, ermənilər tərəfindən Kürün çirkləndirilməsi və sairə dair sənədləri qeyd etmək olar.

Bundan başqa, səfir bildirib ki, gündəlikdə duran bəzi məsələlər Azərbaycan üçün müəyyən maraq doğurub. O, zorla departasiya olunmuş və etnik təmizləmə qurbanlarının xatirəsinə Memorial Mərkəzin təsis edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı yaranmış diskussiyasını misal gətirib. "Ermənilər ölkəmizi bir daha ləkələmək və yenidən "məzlum" xalq qismində çıxış etmək üçün həmin məsələnin müzakirəsindən istifadə etməyə səy göstərdilər. Amma, azərbaycanlı deputatlar onlara layiqli cavab verdilər", - deyə o, əlavə edib.

Vaxtilə Stalinin dəstəyilə və müasir dövrümüzdə Azərbaycan əhalisinin Ermənistanın hazırki ərazisindən departasiyası da daxil olmaqla tarix boyu erməni daşnaq quldur dəstələrinin azərbaycanlılara qarşı apardıqları iyrənc işlər, Xocalı və işğal altında olan digər ərazilərdə həyata keçirilmiş genosid və etnik təmizləmə aktları barədə məlumatlar iştirakçıların nəzərinə çatırılıb, - deyə A. Mehdiyev bildirib.

Sessiya çərçivəsində Siyasi Komitədə Gənubi Qafqazda sabitlik haqqında Pakt müzakirə olunaraq yanvar sessiyasında baxılmaq üçün tövsiyə edilib, eləcə də AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsinin Gənubi Qafqaz üzrə mərüzəçisi Leo Platvoet tərəfindən hesabatın hazırlanmasına dair məsələlərin ilkin müzakirəsi keçirilib. Səfir güman edir ki, hər iki məsələ yanvar sessiyasının gündəliyinə daxil ediləcək. O, həmçinin Azərbacan parlamenti nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Dağlıq Qarabağ üzrə Alt Komitənin rəhbəri Lord Rassel Conson və erməni nümayəndə heyətinin başçısı ilə birgə görüşünü də əhəmiyyətli hesab edir. AŞPA-nın müvafiq strukturlarında işğal olunmuş ərazilərdə və Ermənistanda Azərbaycanın milli irsinin vəziyyəti ilə bağlı missiyanın regiona səfərinə hazırlıq məsələsi müzakirə olunub, Azərbaycan üzrə həmməruzəçilər Toni Lloyd və Andres Herkellə danışıqlar aparılıb.

Xəbər lenti

Xəbər lenti