"Ümid edirəm ki, Azərbaycan prezidenti ilə görüşüm KİV sahəsində hüquqi islahatların aparılmasına xidmət edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 9-da ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Xaraşti ölkənin xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib.
O qeyd edib ki, Azərbaycana prezident İlham Əliyevin dəvəti ilə səfər edib və artıq müxtəlif KİV nümayəndələri ilə görüşlər keçirib.
M.Xaraşti əlavə edib ki, səfər çərçivəsində həbs olunmuş jurnalist Sakit Zahidovla görüşə bilməsə də, onun vəziyyəti ilə maraqlanacaq, o cümlədən BBC və "Amerikanın səsi" şirkətlərinin proqramlarının retranslyasiyası məsələsini müzakirə edəcək.