GUAM Parlament Assambleyasının (PA) ticarət və iqtisadi məsələlər komitəsinin sədri, Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini Elton Məmmədov oktyabrın 13-16-da qurumun III iclasında iştirak etmək üçün Kişinyova gedəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Millət vəkili iclasda "GUAM PA-nın inkişafı: qurumun fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi yolları" mövzusunda çıxış edəcək.