...

Mədəniyyət naziri bildirib ki, Gəncə darvazaları Gürcüstan patriarxlığının müqəddəs əmanətidir

Siyasət Materials 6 Noyabr 2006 14:08 (UTC +04:00)

Gəncə darvazaları - Gürcüstan patriarxlığının müqəddəs əmanətidir və artıq 10 əsrdir ki, Gelati monastırındadır. Bu barədə Gürcüstanın mədəniyyət naziri Georgi Qabaşvili Trend ə eksklüziv olaraq məlumat verib.

O qeyd edib ki, mədəniyyət abidələrinin tarixən hansı torpağa məxsus olmasına baxmayaraq, Gürcüstan onları qorumaq öhdəliyini öz üzərinə götürür. Nazir həmçinin Azərbaycan və Gürcüstanın bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. "Bu günlərdə biz Gürcüstanın dövlət reyestrində M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov adına muzeyləri qeydiyyata aldıq. Azərbaycan tərəfi gürcü teatrına, Gürcüstan isə Azərbaycanın "Tbilisi" teatrına dövlət statusu verdi", - deyə G.Qabaşvili bildirib.

David Qareci kompleksinə gəlincə, nazir qeyd edib ki, bu, tarixi abidədir və abidənin bu və ya digər komponentlərinin hansı ərazidə yerləşməsinə baxmayaraq, o, tarixi abidə kimi qorunacaq.

Xəbər lenti

Xəbər lenti