Azərbaycan prezidenti İlham Əliyev Anqola Respublikasının prezidenti Joze Eduard Duş Santuşa Anqolanın milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.
Dövlət başçısı öz məktubunda ümidvar olduğunu bildirib ki, Azərbaycan və Anqola arasında ikitərəfli münasibətlər ümumi maraqlara əsasən dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək.