...

Metyu Brayza: ATƏT MQ həmsədrləri tərəfləri sülhə yaxınlaşdırmaq üçün inadla işləyəcək

Siyasət Materials 16 Noyabr 2006 11:56 (UTC +04:00)
Metyu Brayza: ATƏT MQ həmsədrləri tərəfləri sülhə yaxınlaşdırmaq üçün inadla işləyəcək

ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycanda daxili siyasi vəziyyətə baxmayaraq, tərəfləri sülhə yaxınlaşdırmaq üçün inadla işləməkdə davam edəcək. Bu barədə Trend ə eksklüziv müsahibəsində ATƏT MQ-nin amerikalı həmsədri Metyu Brayza bəyan edib.

"Biz artıq 2007-2008-ci ildə Azərbaycanda və Ermənistanda keçiriləcək seçkiləri 2006-cı ilin iki ölkə arasında sülh sazişinin başa çatması üçün ideal "imkanlar pəncərəsi" olmasının səbəblərindən biri kimi qeyd etmişik", - deyə diplomat bildirib.

"Əlbəttə, münaqişənin tezliklə sülh yolu ilə həlli uçün bir çox digər səbəblər də var", - deyə o qeyd edib. Vasitəçinin fikrincə, belə saziş regionda sabitliyi təmin edəcək və bütün Cənubi Qafqazın iqtisadi inkişafı üçün imkanlar açacaq.

"Əslində, Ermənistanda və Azərbaycanda seçkilər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə təsir edə bilər. Biz ümid edirik ki, bu təsir müsbət olacaq və hər iki ölkə xalqı öz liderlərinə və namizədliyini irəli sürmüş şəxslərə bildirəcək ki, sülhə, sabitliyə və tərəqqiyə yaxınlaşma səyləri ictimaiyyət tərəfindən alqışlanır", - deyə M.Brayza qeyd edib.

Xəbər lenti

Xəbər lenti