...

Gürcüstanın ədliyyə nazirinin Bakıya səfəri müvəqqəti təxirə salınıb

Siyasət Materials 23 Noyabr 2006 12:33 (UTC +04:00)

Gürcüstanın ədliyyə nazirinin Bakıya səfəri müvəqqəti təxirə təxirə salınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarlı məlumat verib.

Z.Qafarlı bildirib ki, ədliyyə naziri Giya Kaftaradzenin bu günlərdə planlaşdırılan Bakı səfərinin baş tutmamasına Azərabycanın ədliyyə nazirinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, ədliyyəçilərin peşə bayramı və s. tədbirlər səbəb olub. "Lakin nazirin Bakıya səfəri yenə də gündəlikdədir və yaxın vaxtlarda baş tutacaq" - deyə Z.Qafarlı bildirib.

Qeyd edək ki, Gürcüstanın ədliyyə nazirinin Bakıya səfəri çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovla görüş və iki ölkə arasında hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti