Azərbaycan-Pakistan hökumətlərarası komissiyanın noyabrın sonunda keçirilməli olan iclası növbəti dəfə təxirə salınıb. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.
İclasın artıq gələn il keçiriləcəyi ehtimal olunur. İclas çərçivəsində əsasən iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, daha sıx iqtisadi əlaqələr qurmaq üçün işgüzar şəxslərin qarşılıqlı səfərlərinin təşkili məsələlərinin müzakirəsi planlaşdırılırdı.
Xatırladaq ki, Azərbaycan tərəfdən komissiyanın sədri baş nazirin müavini Yaqub Eyyubov, Pakistan tərəfdən isə neft naziri Nuraiz Şakur Xandır.