...

Deputatlar Azərbaycan Silahlı Qüvvələrinin ermənilərlə üzbəüz postlarına baş çəkiblər

Siyasət Materials 6 Dekabr 2006 17:28 (UTC +04:00)

Dekabrın 6-da cəbhə bölgəsinə səfər edən Milli Məclisin deputatları Bərdədə yerləşən N saylı hərbi hissənin komandiri, genaral - mayor Nizam Osmanov və hərbi hissənin rəhbərliyinin müşayəti ilə Ağdam istiqamətindəki Azərbaycan Silahlı Qüvvələri postlarına baş çəkiblər. Xatırladaq ki, cəbhə bölgəsinə səfər edən deputat qrupunun tərkibinə millət vəkilləri Elmira Axundova, Lalə Abbasova, Vahid Əhmədov, Fəzail Ağamalı, Aydın Həsənov və Tahir Rzayev daxildir.

Trend in deputatları müşayət edən müxbiri xəbər verir ki, millət vəkilləri burada əsgər yataqxanalarına baxış keçiriblər, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ordusunun postları ilə üzbəüz postlarını müşahidə ediblər. Deputatlar ermənilərlə üz-üzə dayanan zabitlər və əsgərlərlə söhbətləşiblər. Onların yeməyi, yataq şəraiti və digər qayğıları ilə maraqlanıblar.

Millət vəkilləri eyni zamanda əsgərlərlə bir yerdə yemək yeyiblər. Bu proses Ağdam rayon ərazisində olan və düşmənlə üzbəüz yerləşən bir neçə postda təkrar olunub. Hərbi hissənin komandiri Nizam Osmanov deputatlara ətraflı məlumat verib. N.Osmanov bildirib ki, Ağdam cəbhəsində ermənilər atəşkəsi tez-tez pozur. Atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusu bir neçə nəfər şəhid verib. Buna baxmayaraq öz mövqelərindən bir addım da olsa geri çəkilməyib və çəkilmək fikrində deyil. Əsgərlər də deputatlarla söhbət zamanı yeməkləri, komandirlərin onlarla rəftarları, əsgər yataqxanaları və bütövlükdə orduda olan münasibətlə bağlı heç bir narazlıqlarının olmadığını qeyd ediblər. Bununla da Milli Məclisin deputat qrupunun cəbhə bölgəsinə səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti