...

AŞPA komitəsinin başçısı: Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qətnaməsi bu proses ətrafındakı bütün fəaliyyətlərə yanaşmaq üçün əsasdır

Siyasət Materials 11 Dekabr 2006 12:57 (UTC +04:00)
AŞPA komitəsinin başçısı: Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qətnaməsi bu proses ətrafındakı bütün fəaliyyətlərə yanaşmaq üçün əsasdır

Avropa Şurası Azərbaycanın təşkilata daxil olduğu vaxtdan bölgədə baş verən prosesləri izləyir və Dağlıq Qarabağ münaqişəsinə görə narahatdır. Trend xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən toplantıda AŞPA -nın siyasi komitəsinin başçısı Abdülqədir Atəş bəyan edib.

O qeyd edib ki, bu məsələ ilə bağlı təşkilat 2005-ci ilin yanvarında qətnamə qəbul edib və bu sənəd münaqişə ətrafındakı bütün fəaliyyətlərə yanaşmaq üçün əsasdır. O həmçinin əlavə edib ki, AŞPA-da Dağlıq Qarabağ üzrə alt komitə fəaliyyət göstərir və ona lord Rassel Conson başçılıq edir. A.Atəş ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasındakı danışıqlar bərpa olunacaq.

O, misal olaraq Ermənistan və Azərbaycan parlamentarilərinin AŞPA-nın qış sessiyasına qədər görüşmək barədə qərarını, eləcə də bu yaxınlarda hazırlanmış Cənubi Qafqazda Sabitlik haqqında Paktı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti